Baş Prokurorluq azyaşlının anası tərəfindən zorakılığa məruz qalması faktını nəzarətə götürüb
Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
417












