Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub

S.Xankişiyeva10:51 - 17 / 07 / 2021
Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər