Ağdamda qətl: əmisi oğlunu öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda qətl: əmisi oğlunu öldürdü

11:54 - 19 / 07 / 2021
Ağdamda qətl: əmisi oğlunu öldürdü

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər