Zəngilanın Ağalı kənd sakinləri öz yurdlarında qurban kəsiblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanın Ağalı kənd sakinləri öz yurdlarında qurban kəsiblər - FOTO

Qafar Ağayev10:28 - 20 / 07 / 2021
Zəngilanın Ağalı kənd sakinləri öz yurdlarında qurban kəsiblər - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.

Kənd Təsərrüfat Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.

Sakinlərə “Ağıllı kənd”in mahiyyəti, layihə şərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak eədəcklərini bildiriblər.

Kənd icra nümayəndəsi Gəray Hüseynov qeyd edib ki, Ağalı sakinləri sevinc hissi ilə öz kəndlərinə qayıtmağa hazırlaşırlar: “Ağalı camaatı əhd etmişdi ki, torpaqlarımız işğaldan azad olunsun, gəlib öz qurbanlarımızı kəndimizdə kəsək. Şükürlər olsun ki, bu bizə nəsib oldu, camaatımız istəklərinə nail oldu. Sakinlərimiz Cocuq Mərcanlıdan bura qədər göz yaşı tökərək gəliblər, amma bu, sevinc göz yaşları idi. Onlar gələn kimi ilk olaraq əyilib bu torpaqdan öpdülər. Dedilər Şükürlər olsun ki biz bu gün Ağalı kəndinə qayıtmışıq. Onlar gəlib bu layihəni görəndən sonra, bu evləri görəndən sonra sevinclərinin həddi hüdudu olmadı”.

Qeyd edək ki, “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Kənd sakini Firəngiz Səlimova kənddə aparılan tikinti-quruculuq işlərindən çox razı qaldığını deyib: “Burada bizim üçün gözəl şərait yaradırlar. Bizim üşün gözəl evlər tikirlər. Hər bir şərait yaradılır. Zəhməti keçənlərin hər birinə təşəkkür edirəm. Minnətdarıq ki, əziyyətimizi şəkib bizi kəndimizə gətiriblər. Həm də Qurban bayramı günü. Bizim üçün bundan gözəl nə ola bilər. Bayram günü bizə çox gözəl töhvədir”.

Kənd sakini Famil Mirzəyev həmyerlilərinin hamısının “Ağıllı kənd” layihəsi uğurla başa çatdıqdan sonra kəndə köçmək niyyətində olduğunu bildirir: “Dünyanın gözü bu kənddə, “Ağıllı kənd” layihəsində olacaq. Bu gün Qurban bayramıdır, bayram ərəfəsində gəlmişik, Qurban bayramını öz kəndimizdə qeyd edirik. Şəhid ailələinin qarşısında baş əyir, Qazilərimizə Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, aprelin 26-da Zəngilan rayonunu Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Paylaş:
684

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər