Suda boğulan 2 nəfərin meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Suda boğulan 2 nəfərin meyiti tapıldı

16:12 - 22 / 07 / 2021
Suda boğulan 2 nəfərin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Həmçinin, Novxanı kəndində dənizdə qeyri-çimərlik ərazidə batan 2000-ci il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində suda batan 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
63

Son xəbərlər

Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü - FOTO24 / 07 / 2021, 18:07Əcnəbi jurnalistlər Ağdamda olub - FOTO24 / 07 / 2021, 17:41Cəbrayılın Sofulu kəndi - VİDEO24 / 07 / 2021, 17:07Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər24 / 07 / 2021, 17:00Toylarda monitorinqlər: 83 nəfər 55 500 manat məbləğində cərimələnib24 / 07 / 2021, 16:35Boksçumuz Tokio Olimpiadasına qələbə ilə başlayıb24 / 07 / 2021, 16:16“S&P” Azərbaycanın kredit reytinqlərini “stabil” səviyyədə saxlayıb24 / 07 / 2021, 15:36Polis bir neçə şəhər və rayonda “patı” satanları saxlayıb – VİDEO24 / 07 / 2021, 15:14Xocavənddə minalanmış ərazidəki yanğın söndürülüb - VİDEO24 / 07 / 2021, 14:56Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir24 / 07 / 2021, 14:22Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib – FOTO – YENİLƏNİB24 / 07 / 2021, 13:50İstirahət günü hava küləkli olacaq24 / 07 / 2021, 13:36Şəhid oğluna Şuşa Rayon Polis Şöbəsində vəzifə verildi24 / 07 / 2021, 13:16Azərbaycanda təyyarə ilə sərnişin daşımaları qaydası dəyişib24 / 07 / 2021, 13:01Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib – FOTO24 / 07 / 2021, 12:56Şirvanda “patı” əməliyyatı keçirilib: 5 nəfər saxlanılıb – FOTO24 / 07 / 2021, 12:39DİN: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb24 / 07 / 2021, 12:30Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları – Rəqəmsallaşma bizə nələr qazandıracaq?24 / 07 / 2021, 12:08Bakı qeydiyyatı olan avtomobillərə yeni nömrə nişanları verilir - FOTO24 / 07 / 2021, 11:48“Zubrları təbiətimizə qaytaraq!” ekoloji yay düşərgəsi başa çatıb – FOTO24 / 07 / 2021, 11:25
Bütün xəbərlər

Next TV