Ağcabədidə karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Qafar Ağayev16:35 - 23 / 07 / 2021
Ağcabədidə karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında və fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər