Xaçmaz polisi əməliyyat keçirdi - Narkotik bitkilər yetişdirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz polisi əməliyyat keçirdi - Narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Qafar Ağayev17:12 - 23 / 07 / 2021
Xaçmaz polisi əməliyyat keçirdi - Narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çiləgir kəndinin sakini Abil Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan 1news.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46 ədəd yaş, 9 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər