İctimai fikrin formalaşmasında mətbuatın rolu – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi informasiya vasitələri cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, toplumun rəy və qərarlarına təsir gücünə malik bir mövqedədir. Daha dəqiq desək, cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və bilgiləndirilməsində medianın rolu danılmazdır.
Bəziləri bu qənaətdədir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər bu missiyanın öhdəsindən lazımınca gələ bilmirlər. Bir çoxları isə ölkəmizdə ictimai fikrin formalaşmasında mətbuatın rolunun danılmaz olduğunu, xüsusi önəm daşıdığını vurğulayırlar. Bəs görəsən, bu barədə ekspertlər nə düşünür?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “İctimai fikrin formalaşmasında mətbuatın rolu” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Teleradio Surasının üzvü, yazıçı publisist Bəxtiyar Qaraca, 7NEWS.az saytının baş redaktoru, internet-media ekspert Səbuhi Abbasov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və Fransızdilli "Le Carrefour"(Yol qovşağı) qezetinin təsisçisi Zeynab Kazımova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
.jpeg)
.jpeg)
.jpeg)
