DİN: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb

S.Xankişiyeva12:30 - 24 / 07 / 2021
DİN: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılmışdı.

1news.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bununla bağlı açıqlama verib.

O bildirib ki, sözü gedən məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılmış və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb: "Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb olub".

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər