Şirvanda “patı” əməliyyatı keçirilib: 5 nəfər saxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda “patı” əməliyyatı keçirilib: 5 nəfər saxlanılıb – FOTO

S.Xankişiyeva12:39 - 24 / 07 / 2021
Şirvanda “patı” əməliyyatı keçirilib: 5 nəfər saxlanılıb – FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Yusif Hüseynzadə, Daxıl Hüseynov, Zakir Məmmədov, Kamal Cəfərov və Tacir Əliyev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər