Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib – FOTO

S.Xankişiyeva12:56 - 24 / 07 / 2021
Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib – FOTO

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə tərəfindən Qobustan Gənclər Mərkəzində fərdi vətəndaş qəbulu keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, iyul ayının 23-də Qobustan rayonunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlıgı ilə keçirilmiş qəbulda hüquqi yardımla bağlı müraciətlər səsləndirilmişdir.

Ümumilikdə 12 vətəndaşın iştirak etdiyi qəbulda mülki, əmək, cinayyət məcəllərinə dair məsləhətlər verilmiş, müraciətçilərin sualları cavablandırılmışdır.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər