Tələbələrdən COVID-19 pasportu tələb olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq

15:16 - 26 / 07 / 2021
Tələbələrdən COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

1news.az-ın məlumatına görə, qərara əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur.

1news.az

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər