“İrəli” rebrendinq keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəli” rebrendinq keçirib - FOTO

Qafar Ağayev15:26 - 26 / 07 / 2021
“İrəli” rebrendinq keçirib - FOTO

“İrəli” İctimai Birliyi tərəfindən media nümayəndələrinin iştirakı ilə rebrendinq keçirilib.

1news.az xəbər verir ki, Tədbirdə ölkə ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Girişdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı “İrəli” İctimai Birliyinin yeni loqosu və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub. Həmçinin, qeyd olunub ki, yeni loqo Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” simvolu ilə xalqımızın birlik və həmrəyliyini özündə ehtiva edir. Bununla yanaşı, təşkilatın gələcək planları və yaxın zamanlarda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Rebrendinq tədbirində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat 12 illik fəaliyyəti dönəmində dövlət gənclər siyasətinin inkişafına mühüm töhfələr vermiş, ölkənin aparıcı gənclər təşkilatlarından biri kimi özünəməxsus yer tutmuşdur. Son illər gənclər siyasətinin daha müasir çağırışlar əsasında formalaşmasını nəzərə alaraq, “İrəli” İctimai Birliyinin fəaliyyətinin mahiyyətcə yeni mərhələyə qədəm qoyması təşkilatın ən başlıca məqsədlərindən biri kimi qeyd olunub.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə “İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirləri Kütləvi İnformasiya Vasitələrində işıqlandıran bir sıra media nümayəndələri və qurumları təşəkkürnamə ilə təltif olunublar.

Paylaş:
502

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər