BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb

15:06 - 27 / 07 / 2021
BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb

Bakı Dövlət Universitetində bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın xəbərinə görə, hadisə bu gün universitet ərazisində qeydə alınıb.

Belə ki, həmin universitetin əməkdaşı, paytaxt sakini İsmixan Mirzəyev universitet rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və BDU komendantını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törədən İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

1news.az

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər