COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb

Qafar Ağayev17:00 - 27 / 07 / 2021
COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.

1news.az xəbər verir ki, mərkəzin direktoru Fariz Cəfərov 27 iyul tarixində keçirdiyi mətbuat konfransında bu haqda ətraflı məlumat verib. Bildirilib ki, mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını 1 sentyabrdan etibarən yoxlaya biləcək.

Vətəndaşlar COVİD-19 sertifikatlarını “myGov.az” elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, həmçinin Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisə işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Həmçinin, Qərara əsasən 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Bununla yanaşı olaraq, 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq. Qeyd olunan bütün məkanlara vətəndaşlar öz COVİD-19 pasportunun QR kodunu oxutdurmaqla daxil ola biləcəklər.

Müəssisə və qurumlar COVİD-19 pasportlarının yoxlanılması üçün istifadə edəcəkləri mobil tətbiqi icazə.e-gov.az portalından endirə bilərlər.

Vətəndaşlar isə COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarını əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləyə bilərlər.

Paylaş:
768

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər