Şuşaya səfər edən diaspor üzvü: 28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşaya səfər edən diaspor üzvü: 28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm – FOTO

S.Xankişiyeva17:58 - 27 / 07 / 2021
Şuşaya səfər edən diaspor üzvü: 28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm – FOTO

"Mən 28 ildən sonra Qarabağa gəlmişəm. Duyğularımı dilə gətirə bilmirəm, qəhər məni boğur".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu İsveçrədə fəal diaspor üzvü olan Ülviyyə Nəcəfova bir qrup diaspor nümayəndəsinin Şuşaya səfəri zamanı deyib.

Azərbaycana qarşı ermənilərin ərazi iddiası və dinc əhalinin kütləvi qırğınları ilə başlayan I Qarabağ müharibəsi zamanı Ülviyyə Nəcəfova 8 yaşında olub və valideynləri ilə birgə yaşadığı Xocavəndin Axullu kəndindən zorla qovulub.

Öz ata-baba yurdundan zorla qovularaq çıxarılan Ülviyyə Nəcəfova deyir ki, erməni terrorçuları təkcə onların yaşadığı rayonu, kəndi və ya evini yox, onun uşaqlığının ən gözəl çağlarını da əlindən alıb: "Yaşadığım dəhşəti gözümün önünə gətirə bilmirəm. Mən o zaman 8 yaşında idim. Həmin gün elə bilirdim ki, bir də evimiz olmayacaq, valideynlərimlə birlikdə yaşamayacağıq. Hazırda İsveçrədə yaşayıram. Uşaqlıq illərində yaşadığım o dəhşətli günləri İsveçrədəki dostlarımla bölüşürəm. Sədri olduğum İsveçrə Qarabağ Azadlıq Mərkəzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik".

Şuşaya səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirən diaspor nümayəndəsi bu xoşbəxtliyini Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borclu olduğunu qeyd edib: "Şuşada olmaq mənim üçün ayrı bir xoşbəxtlikdir. Qarabağdan çıxanda 8 yaşım vardı. Mən 28 il öncə yaşadığım Axullu kəndindəki evimizi zorla tərk eləmişdim. Gələndə dostlarıma da dedim. Mən 28 ildən sonra ilk dəfə, ayaqyalın çıxdığım yolu geri qayıdıram. Buna görə də duyğularımı dilə gətirə bilmirəm. Qəhər məni boğub, boğazım quruyub. Çox qururverici andır. Buradakı abadlıq işlərini görəndə çox duyğulandım. Sevincimdəm ağlayıram, bu, sevinc göz yaşlarıdır".

Paylaş:
286

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər