Ötən gün respublika ərazisində 190 toy şənliyinin monitorinqi aparılıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 26-da Bakı şəhərində və respublikanın digər ərazilərində 190 toy şənliyinin monitorinqini həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. Həmçinin 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportunun olmamasına görə 2218 nəfər şənliyə buraxılmayıb.