AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb

Qafar Ağayev14:30 - 28 / 07 / 2021
AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb

Iyulun 28-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvləri - “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçi Pol Qavan, Komitə Katibliyinin rəhbəri Mark Nevil və Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Kirilo Boiçeniuk ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev arasında görüş keçirilib.

Baş Prokurorluqdan 1news.az-a bildirilib ki, Avropa Şurasının ekspertlərinə Vətən müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib.

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində kütləvi şəkildə insan hüquqlarının pozulması ilə müşayiət olunan cinayət xarakterli əməllərə verilmiş hüquqi qiymət, dəymiş ziyanın müəyyən olunması üçün aparılmış istintaq tədbirləri barədə məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda işğaldan azad edimiş ərazilərdə qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət, ətraf mühitə vurulmuş ziyan ilə bağlı hazırda istintaqı aparılan cinayət işləri barədə də məlumat verilmişdir.

AŞPA-dan olan nümayəndə heyətinin üzvləri münaqişənin səbəb olduğu insan hüquqlarının pozulması halları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş:
417

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər