Azərbaycanda iki uşaq anası olan 24 yaşlı qadın “patı”dan ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iki uşaq anası olan 24 yaşlı qadın “patı”dan ölüb

S.Xankişiyeva14:52 - 28 / 07 / 2021
Azərbaycanda iki uşaq anası olan 24 yaşlı qadın “patı”dan ölüb

Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər