Nazirlik: Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib

Qafar Ağayev16:49 - 28 / 07 / 2021
Nazirlik: Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib

Pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin daxil olduğu monitorinq qrupları şənlik mərasimlərinin gündəlik monitorinqləri davam etdirir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, monitorinq qrupları tərəfindən bu günədək 1260-dan çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Bunlara tədbir barədə müvafiq portalda qeydiyyatın düzgün aparılması, toy keçirilən məkanlarda qonaqların sıx yerləşdirilməməsi, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalması barədə immunitet sənədinin olması, sanitariya gigiyena qaydalarının pozulmaması, işçi heyətin zəruri qoruyucu vasitələrlə tam təmin edilməsi və sair aiddir. Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 153 minədək qonağın müvafiq sənədlərinə baxılıb, 17 minədək qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 700 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 27-də keçirilən növbəti nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim edilib. Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, pandemiya dövrünün qayda və tələblərinə əməl edilməsi vacibdir.

Paylaş:
373

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər