Xocalıda silah-sursat aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalıda silah-sursat aşkarlandı

13:58 - 29 / 07 / 2021
Xocalıda silah-sursat aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürüblər.

Həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər