“İMZA”-da I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirlib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İMZA”-da I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirlib – FOTO

S.Xankişiyeva12:17 - 31 / 07 / 2021
“İMZA”-da I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirlib – FOTO

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə İB-in İdarə Heyətinin iclasında I Qarabağ Beynəlxalq İqtisadi Forumunun yekunları ətraflı müzakirə edilib.

1news.az-ın verdiyi xəbərə görə, birliyin sədri Xəyyam Əsgərov iclasda etdiyi çıxışında bildirib ki, beynəlxalq forumda Azərbaycanla yanaşı Türkiyə, Pakistan, İsrail, ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Gürcüstan və digər dövlətlərdən tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, iqtisadçı ekspertlər, jurnalistlər iştirak ediblər. Onların hər biri çıxışlarında Azərbaycanın Qarabağı 44 günlük vətən müharibəsində azad etməsini yüksək qiymətləndirib, tarixi ədalətin bərpası münasibəti ilə xalqımızı təbrik ediblər. Təmsil etdikləri ölkələrin Qarabağın bərpasında iştirak edə biləcək şirkətlərinin imkanları haqqında məlumat verməklə yanaşı, bunun həm Azərbaycanla əlaqələrin inkişafı, həm Qarabağın sürətli bərpası, həm də o şirkətlər üçün də səmərəli və faydalı olacağını söyləyiblər. Beynəlxalq əhəmiyyətli tədbir Qarabağımızın azadlığına qovuşmasından sonra bölgədə yaranmış yeni reallıqların, dövlətimizin bu cənnət diyarımızın abadlaşdırılması üçün gördüyü işlərin tanıdılmasında da mühüm rol oynayıb. Forumda ölkələrin Qarabağın bərpası prosesində iştirak imkanlarından, o cümlədən böyük qayıdışa hazırlıq prosesi barəsində də ətraflı danışılıb. I Qarabağ Beynəlxalq İqtisadi Forumuna dünya mediası da ciddi maraq göstərib. Bir sıra xarici KİV-lərdə bu barədə yazılar dərc olunub. Azərbaycan KİV-ində də forumun işi geniş işıqlandırılıb. Yerli və xarici jurnalistlər “İMZA” İB-nin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

İdarə Heyətinin toplantısı başa çatdıqdan sonra “İMZA” İB-nin mərkəzi ofisində bir qrup forum iştirakçısı ilə görüş keçirilib. Onlara İdarə heyəti və bütün “İMZA”-çılar adından forumun işində fəal iştiraklarına, maraqlı çıxışlarına və səmərəli təkliflərinə görə minnətdarlıq ifadə edilib. Millət vəkilləri Soltan Məmmədov, Vüqar Bayramov, Ramin Məmmədov, Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, İsraildən olan politoloq Arye Qut, İqtisadiyyat Nazirliyi Azad Edilmiş Ərazilərin Bərpası və İnkişafı departamentinin direktor müavini Vüsal Qarayev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri Elşən Bağırzadə, dünya şöhrətli fotoqraf Reza Deqati bütün “İMZA”-çıları forumun uğurla keçirilməsi münasibəti ilə təbrik ediblər. Bildiriblər ki, I Qarabağ Beynəlxalq İqtisadi Forumunun təşkili təşəbbüsü də yüksək qiymətləndirilməlidir.

İlk dəfə keçirilən bu beynəlxalq tədbirdə çox səmərəli təkliflər, ideyalar səsləndirilib, Qarabağın bərpasının ən qısa zamanda həyata keçirilməsi işində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar təqdir olunub. Həmçinin azad edilmiş tarixi yaşayış məntəqələrimizin, o cümlədən də tarixi abidələrimizin bərpası prosesində ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi peşəkarlıqla, əzmlə çalışdığı qeyd olunub və yüksək qiymətləndirlib. Vurğulanıb ki, forumda erməni vandalizminin əsl mahiyyəti haqqında ətraflı danışılıb və onların 30 ilə yaxın işğal altında saxladıqları şəhər və kəndlərimizi məqsədli şəkildə dağıtmaları, viranəyə çevirmələri faktlarla əsaslandırılıb. Yerli və xüsusi ilə də xarici KİV-də foruma göstərilən diqqət də təqdirəlayiq hadisə kimi dəyərləndirilib.

Sonda hər bir iştirakçıya I Qarabağ Beynəlxalq İqtisadi Forumunun sertifikatları təqdim olunub.

Paylaş:
573

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər