Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib

17:52 - 02 / 08 / 2021
Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib

Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur.

1news.az bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:

"Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib, yəni Azərbaycan 9 ölkə ilə hava sərhədlərini açıb. Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən də Azərbaycana insanlar gələ bilərlər. Azərbaycandan da həmin ölkələrə getmək imkanları var, sadəcə olaraq müəyyən çətinliklər mövcuddur, koronavirus analizi, peyvənd sertifikatı kimi şərtlər var.

Hazırda Azərbaycandan vətəndaşlar əsasən Türkiyəyə və Türkiyə üzərindən icazə verilən Avropa ölkələrinə gedirlər, ancaq səyahət kütləvi şəkildə deyil. Hazırda Azərbaycan vətəndaşları daha çox ölkə daxilində istirahətə üstünlük verirlər.

Xaricdən isə Azərbaycana əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirlər. Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Əlbəttə ki, səfərlər pandemiya qaydaları çərçivəsində təşkil olunur. Xaricdən gəliş də kütləvi xarakter daşımır".

1news.az

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər