Rəhman Hacıyev: Gəlin Qarabağı daha yaşıl bərpa edək! | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: Gəlin Qarabağı daha yaşıl bərpa edək!

14:58 - 02 / 08 / 2021
Rəhman Hacıyev: Gəlin Qarabağı daha yaşıl bərpa edək!

İndi Türkiyənin böyük bir hissəsinin alovlara büründüyü bir vaxtda demək olar ki, hər bir Azərbaycan vətəndaşı qardaş xalqla öz həmrəyliyini nümayiş etdirir.

Eyni zamanda xilasedicilərimiz həyatlarını riskə ataraq türkiyəli yanğınsöndürənlərlə çiyin -çiyinə mübarizə aparır, alovları cilovlamağa çalışırlar.

Meşələri qəsdən məhv edənləri, heyvanları məhv edənləri, su ehtiyatlarını çirkləndirənləri ... bir sözlə, hər birimizin olan ətraf mühitə ziyan vuranları başa düşmək mümkün deyil.

Siyasi baxışlarımızdan asılı olmayaraq heç birimiz başqa bir planetdə yaşamırıq, deməli onlar siyasi rəqiblərinə bu şəkildə zərər verməyə çalışmaqla özlərinə də zərər verirlər.

Təəssüf ki, bu gün Türkiyənin üzləşdiyi problem bizim üçün yeni deyil.

Təxminən otuz ildir ki, erməni işğalçı qüvvələri Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vurublar.

Ərazilərin davamlı olaraq yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, qiymətli ağac növlərinin kəsilməsi, faydalı qazıntıların amansızcasına çıxarılması, su mənbələrinə və torpağa zəhərli maddələrin atılması, su terroru ...

Bütün bunlar onilliklər ərzində Qarabağda baş verirdi, beynəlxalq ictimaiyyət isə bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşır, yalnız bəzən mənasız bəyanatlar verməklə kifayətlənirdi.

Zərərin miqyasını daha yaxşı başa düşmək üçün sizə bir neçə nümunə verəcəyəm.

Əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar idi. Deməli, işğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.

Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (175300 kubmetr oduncaqla müqayisədə 404,800 kubmetr).

Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb.

Karabakh.Center (www.karabakh.center) saytında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki həmkarlarımızın və müstəqil tədqiqatçıların köməyi ilə Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş EKOSİD haqqında bir çox maraqlı faktlar toplamışıq. Həmin faktlarla üç dildə ətraflı şəkildə tanış ola bilərsiniz. Bu məlumatları oxuyun və paylaşın ki, mümkün qədər çox insan bu cinayətlər haqqında həqiqəti öyrənsin.

Və nəhayət, ən başlıcası odur ki, indi hər birimizin Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var.

Foto: Reza Deqati, Qubadlı rayonu

Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verməyi planlaşdırırıq.

Siz də bu çox vacib prosesin bir hissəsi ola bilərsiniz.

Bu linkə daxil olmaqla ianə edə bilərsiniz.

Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə aşağıdakı linklərdə (üç dildə) tanış ola bilərsiniz:

AZ

RUS

ENG

Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

Paylaş:
435

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər