Bakının məşhur gecə klubunda karantin qaydaları pozulub, icarədarı cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının məşhur gecə klubunda karantin qaydaları pozulub, icarədarı cərimələnib

S.Xankişiyeva09:29 - 03 / 08 / 2021
Bakının məşhur gecə klubunda karantin qaydaları pozulub, icarədarı cərimələnib

Bakının Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun 1news.az-a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir.

O bildirib ki, qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər: "Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək".

Paylaş:
409

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər