Autizmli uşağın anası: Uşağım problemlidir, lazım olanda döyürük – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Autizmli uşağın anası: Uşağım problemlidir, lazım olanda döyürük – FOTO – VİDEO

S.Xankişiyeva11:39 - 03 / 08 / 2021
Autizmli uşağın anası: Uşağım problemlidir, lazım olanda döyürük – FOTO – VİDEO

NANNY.AZ agentliyinin “Instagram”dakı səhifəsi autizm spektr pozuntulu uşağın anasının səs yazısını yayıb. Təəssüf ki, səs yazısında ana daha əvvəl deyilənləri təsdiq edib.

Xatırladaq ki, daha əvvəl agentliyin nümayəndələri uşağın anasının onlarla əlaqə saxlayaraq dayənin uşağı döyməsi barədə xəbərdar olduqlarını bildirib. Səbəb isə sadə və dəhşətlidir: uşaq autizm sindromundan əziyyət çəkir. Ən dəhşətlisi isə uşağın anasının dayədən razı olduqlarını və uşaqla bu cür rəftarın onları qane etməsini deməsidir.

Səs yazısından da göründüyü kimi ana uşağının problemli olduğunu və bu səbəbdən həm özünün, həm də dayənin lazım bildikdə uşağı döyməyə haqqı olduğunu bildirir.

Düzü, bunu şərh etmək çox ağrılıdır. Autizm spektr pozuntulu uşaqlar problemi kifayət qədər kəskin məsələdir. Bu hadisə bir daha sübut edir ki, bu cür problemli uşaqların yeganə tərbiyə üsulunu fiziki zorakılıqda görən valideynlər var. Öz uşağına qarşı empatiyanın olmamasından isə ümumiyyətlə danışmağa dəyməz.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə barədə məlumatlandırılıb. Bu dəhşətli hadisə ilə bağlı araşdırmanın gedişatını izləməkdə davam edəcəyik.

02 avqust 20:20

Bakının küçələrinin birində dəhşətli hadisə baş verib. Uşağı taxta ilə döyən dayə hadisənin şahidi olan və müdaxilə edən qıza da hücum edib.

Qız dayənin aqressiv davranışını kameraya çəkə bilib. Daha sonra o həmin videonu “Instagram”da paylaşaraq, baş vermiş hadisə ilə bağlı öz izləyicilərini məlumatlandırıb:

“Bu dayə körpəni küçədə döyürdü, körpə isə qışqırırdı! Paylaşın, qoy uşağın valideynləri bu barədə xəbər tutsun! Ona yaxınlaşanda məni də uşağı döydüyü həmin taxta ilə vurmağa başladı. Sonra onu videoya çəkməyə başladım! Uşaq ondan mənə qaçmaq istəyirdi, amma qadın qışqırdı. Üzeyir Hacıbəyov küçəsində, “Medi Club”ın yanında yerləşən “Karloff” mağazasının bütün əməkdaşları hadisənin şahidləridir”.

Video sosial şəbəkələrdə geniş yayılıb. Ona həvalə edilmiş uşağa əzab verən dayə haqqında məlumatın valideynlərə çatması üçün çoxlu sayda insan videonu öz səhifələrində paylaşıb. Lakin sonradan məlum olub ki, videoda ağlayan uşağın anası hər şey barədə xəbərdar imiş və hətta uşaqla bu cür davranılmasına özü icazə veribmiş.

Belə ki, İlahə Xəlilova paylaşımın altında belə bir şərh yazıb: “Uşağın anası mənəm. Kim icazə verib sizə mənim uşağımın videosunu ictimailəşdirəsiniz? Siz uşaqla bağlı məlumatlı olmadığınız halda videonu hansı haqqla paylaşırsınız?”

Daha əvvəl videonu paylaşmış NANNY.AZ agentliyi də öz növbəsində, məsələyə aydınlıq gətirib: “Videonu silmək məcburiyyətində qaldıq, belə ki, uşağın anası bizimlə əlaqə saxlayaraq, baş verənlər barədə məlumatlı olduğunu bildirdi. Uşaq autizm sindromundan əziyyət çəkir və sözə qulaq asmadığına görə dayə onu döyür. Eyni zamanda, valideyn bildirdi ki, dayədən razıdır və bu cür davranış onu qane edir. Hazırda valideynin səs yazısı bizdə var, lakin müəyyən səbəblərdən onu paylaşa bilmirik”.

Bu hadisənin təfərrüatları sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Çoxları belə bir insanın polisə verilməli və valideynlik hüququndan məhrum edilməli olduğunu bildiriblər.

Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisə barədə məlumatlandırıldığı və araşdırma aparacağı qeyd olunub.

“1news.az” saytı məsələ ilə bağlı şərh almaq üçün dövlət komitəsinə müraciət edib. Hadisənin gedişatı barədə oxucularımızı məlumatlandıracağıq.

Paylaş:
3345

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər