Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - VİDEO

17:41 - 03 / 08 / 2021
Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - VİDEO

Türkiyənin Muğla şəhərinin Marmaris və Köyceğiz rayonlarında meşə yanğınları küləyin təsiri ilə daha 8 məhəlləyə yayılıb.

1news.az baku.ws-ə istinadən bildirir ki, qeyd olunan ərazidən reportaj hazırlayan yerli televiziyaların biri canlı yayım zamanı maraqlı hadisənin şahidi olub.

Belə ki, alovların kəskin olduğu ərazini çəkən kameralar oradan bir nəfərin mətin addımlarla gəldiyinin şahidi olub. Yanğından qorxmadığını göstərən vətəndaşa digər iki sivil şəxs yardım edərək ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, "alovun içindən çıxan adam" adını qazanmış vətəndaşın bu görüntüləri Türkiyədə baş verən yanğınların nə qədər dəhşətli olduğunu ortaya qoyub.

1news.az

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər