Ali məktəblərə qeydiyyata alınan magistrantların sayı açıqlanıb

Magistraturaya qəbul olan 10753 şəxsdən 9945 nəfəri portal.edu.az-dan qeydiyyatdan keçib.
1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 9945 nəfərdən 9825 nəfərin müraciəti müəssisə tərəfindən qeydiyyata alınıb.
Qeydiyyatı təsdiq olunanların 3861 nəfəri dövlət sifarişi ilə qəbul olmuş tələbələrdir.
1news.az
339