Bakıda “Vətən bağı” adlı park salına bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Vətən bağı” adlı park salına bilər

13:52 - 05 / 08 / 2021
Bakıda “Vətən bağı” adlı park salına bilər

Bakı şəhərində şəhidlərin xatirəsinə həsr edilən “Vətən bağı” adlı park salına bilər.

1news.az xəbər verir ki, bu barədə ictimai fəal Emin Tarverdiyev bildirib. O, qeyd edib ki, onun bu təşəbbüsünə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müsbət cavab verilib.

“Dostlarla Bakı şəhərində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq "Vətən bağı" parkının salınması layihəsini müzakirə etdik. İlk olaraq sosial şəbəkələrdə olan dostların rekasiyasını öyrənmək üçün paylaşım etdik. Qısa zamanda böyük dəstək gəldi, bu dəstəyə şəhid ailələri və qazilərimiz də qoşuldu. Neçə şəhid anası, qardaşı mənimlə əlaqə saxladı, təşəkkür etdi və bizə dəstək olacaqlarını bildirdilər.

Artıq dostların, şəhid ailələri və qazilərimizin dəstəyini görəndən sonra ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) elektron formada məktubla müraciət etdik. Qısa zamanda ETSN məktubumuza cavab verdi. Bildirildi ki, "Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün “Vətən bağı” adlı park salmaq təşəbbüsünüzü yüksək qiymətləndiririk. Layihənin həyata keçirilməsi üçün tinglər Nazirlik tərəfindən təmin olunacaqdır. Ərazinin seçilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur. Ərazi seçildikdən sonra əməkdaşlarımız tərəfindən Sizə lazımi dəstək göstəriləcəkdir”,-deyə E.Tarverdiyev bildirib.

İctimai fəal deyib ki, o məsələ ilə bağlı dünən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) elektron formada məktub ünvanlanıb: “Ümidvarıq ki, bu layihəmizin ərsəyə gəlməsinə BŞİH başçısı cənab Eldar Əzizov da öz dəstəyini nümayiş etdirəcək, “Vətən bağı” parkının salınması üçün müvafiq göstərişlərini verəcəkdir.

Bizə sadəcə həmin parkın salınması üçün yer ayrılması lazımdı. Geriyə qalan bütün texniki işləri özümüz həll edəcəyik. Həmçinin bu parkda hər bir ağacın yanında QR kodlar asılacaq. Hər QR kod oxudulduqda 1 şəhidimiz haqqında informasiya telefonda göstəriləcək. Ağacların suvarılması sistemini damcı üsulu ilə həyata keçirmək niyyətindəyik. Bu həm də həmin ağacaların qısa zamanda inkişafına öz təsirini göstərəcək”.

Qeyd edək ki, E.Tarverdiyev və ictimai fəallar xeyirxah insanların dəstəyi nəticəsində 125 ailəyə ərzaq yardımı göstərib, şəhid ailəsi üçün ev inşa ediblər.

1news.az

Paylaş:
430

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər