FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTO

S.Xankişiyeva11:36 - 05 / 08 / 2021
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS" tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.

Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər