ANAMA əməkdaşı mina partlayışında ciddi xəsarətlər almayıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA əməkdaşı mina partlayışında ciddi xəsarətlər almayıb – YENİLƏNİB

S.Xankişiyeva10:51 - 06 / 08 / 2021
ANAMA əməkdaşı mina partlayışında ciddi xəsarətlər almayıb – YENİLƏNİB

ANAMA əməkdaşı Fərid Əliyev mina partlayışı zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 1news.az-a

verilən məlumata görə, o, hazırda tibbi müayinədən keçirilir.

ANAMA vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb:

"İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

10:06

Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

09:47

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Paylaş:
1223

Son xəbərlər

Bütün xəbərlər