Zəngəzur dəhlizinin planı hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngəzur dəhlizinin planı hazırlanır

S.Xankişiyeva12:54 - 06 / 08 / 2021
Zəngəzur dəhlizinin planı hazırlanır

"Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 km. olacaq, yol 4-6 hərəkət zolaqından ibarət olacaq.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər