Azərbaycan Ordusunun zabiti həlak olub

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
1news.az
401