Əcnəbilər peyvənd vurdurmaq üçün hara müraciət etməlidir? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbilər peyvənd vurdurmaq üçün hara müraciət etməlidir? - AÇIQLAMA

17:42 - 10 / 08 / 2021
Əcnəbilər peyvənd vurdurmaq üçün hara müraciət etməlidir? - AÇIQLAMA

Ölkədə daimi yaşamaq hüququ olan əcnəbilər koronavirusa qarşı peyvənd vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, daimi yaşamaq icazəsi olmayanlara isə koronavirusa qarşı peyvənd vurulması həyata keçirilmir.

Qeyd edək ki, bu il ilk 6 ayında Azərbaycanda daimi yaşayış icazəsi alan əcnəbilərin sayı 1231 nəfər olub. Ötən illə müqayisədə artım 33,3 faiz olub. 2020-ci ilin ilin birinci yarımili üzrə bu rəqəm 820 nəfər təşkil edib.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər