Azərbaycanda 1736 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 354662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335771 nəfər müalicə olunaraq sağalıb, 5084 nəfər vəfat edib, aktiv xəstə sayı 13807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10081, ötən müddət ərzində isə ümumilikdə 4133796 test aparılıb.
473