Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA

S.Xankişiyeva11:58 - 10 / 08 / 2021
Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA

Valideynləri peyvənd olunmayan uşaqların məktəbə buraxılmayacağı barədə iddialar yer alıb.

Bir qrup valideyn bildirib ki, uşaqları təhsil aldığı məktəbdə onlardan koronavirus əleyhinə COVID-19 pasportu tələb olunub.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb.

Qurumdan bildirilib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər