“Azərsu” əməkdaşına rüşvətə görə cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” əməkdaşına rüşvətə görə cinayət işi başlanılıb

S.Xankişiyeva12:14 - 10 / 08 / 2021
“Azərsu” əməkdaşına rüşvətə görə cinayət işi başlanılıb

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair “Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən ərazidə yerləşən 10 ədəd yaşayış evinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35kV-luq yarımstansiyanın önünüdə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

Paylaş:
424

Son xəbərlər

Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq06 / 11 / 2024, 17:45Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək06 / 11 / 2024, 17:39Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib - FOTO06 / 11 / 2024, 17:22Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb06 / 11 / 2024, 17:20Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur06 / 11 / 2024, 17:12“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib06 / 11 / 2024, 16:52Azərbaycanda bələdiyyə seçkiləri nə zaman keçirilə bilər? - MSK sədri açıqladı06 / 11 / 2024, 16:26İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO06 / 11 / 2024, 16:13Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb06 / 11 / 2024, 16:08Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO06 / 11 / 2024, 16:07Tramp qələbə qazandığını elan edib06 / 11 / 2024, 15:51COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək06 / 11 / 2024, 15:44Bakı metrosunun iş rejimi COP29 zamanı dəyişdiriləcək06 / 11 / 2024, 15:31Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir06 / 11 / 2024, 15:25“Kartdan karta” üsulu ilə işləyən daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib06 / 11 / 2024, 15:13COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb06 / 11 / 2024, 14:58Prezident: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir06 / 11 / 2024, 14:488 Noyabr prospekti bu gecədən bağlanır06 / 11 / 2024, 14:36Azərbaycan Prezidenti Donald Trampı təbrik edib06 / 11 / 2024, 14:20Bişkekdə 4SİM-in təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb06 / 11 / 2024, 13:58
Bütün xəbərlər