“Mən etmişəmsə siz niyə etmirsiz, nədən çəkinirsiz?” - Deputat valideynlərə səsləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mən etmişəmsə siz niyə etmirsiz, nədən çəkinirsiz?” - Deputat valideynlərə səsləndi

13:48 - 11 / 08 / 2021
“Mən etmişəmsə siz niyə etmirsiz, nədən çəkinirsiz?” - Deputat valideynlərə səsləndi

Son günlər sosial şəbəkələrdə valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağına dair məlumatlar yayılıb. Məlumatda deyilir ki, əgər valideynilər peyvəndlənməyə aid sənədi məktəbə təqdim etməsə, sentyabrdan onların övladları təhsil müəssisəsinə buraxılmayacaq. Bu da təbii ki, valideynlərin narazılığına səbəb olub.

Bəs görəsən məlumat nə dərəcədə həqiqəti əks etdirir?

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov 1news.az-a bildirdi ki, hazırda belə bir göstəriş yoxdur:

“Bağçalar Təhsil Nazirliyinin tabeliyində deyil. Məktəblərlə bağlı isə bu haqda danışmaq tezdir”.

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun fikrincə, bu yanlış yanaşmadır:

“ Belə bir şey ola bilməz, kimlərsə dezinformasiya yayırlar. Buna inanmaq olmaz. Amma valideynlərə demək istəyirəm ki, özlərinin və övladlarının, bütövlükdə cəmiyyətin sağlamlığı naminə bu prosesdən yayınmasınlar, könüllü şəkildə peyvəndləmə prosesində iştirak etsinlər. Mən şəxsən Milli Məclisin deputatı kimi fevralın 26-da və martın 26-da peyvəndləmə prosesinde iştirak etmişəm. Mən bunu etmişəmsə siz niyə etmiyəsiz?! Nədən çəkinirsiz?

Əgər bu qorxulu bir şey olsaydı, mən buna gedərdimmi? Öz şəxsi təcrübəmə əsasən bunu söylədim. Sizin saytınız vasitəsilə bütün vətəndaşlarımıza, soydaşlarımıza demək istəyirəm ki, peyvəndləmə prosesində fəal olun, yaxından iştirak edin! Özünüzün, övladlarınızın, yaxınlarınızın həyatını, bütövlükdə cəmiyyətin sağlamlığını düşünüb, bu addımı atın!”.

Aytən Sakitqızı

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər