Zaqatalada koronavirus xəstəsi mağazada aşkarlanıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada koronavirus xəstəsi mağazada aşkarlanıb – VİDEO

S.Xankişiyeva11:26 - 11 / 08 / 2021
Zaqatalada koronavirus xəstəsi mağazada aşkarlanıb – VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Zaqatala şəhər sakini Ömər Aşdıyevə ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Mağazada aşkarlanan Ö.Aşdıyev polis əməkdaşları tərəfindən evinə geri qaytarılıb.

Həmin şəxs barəsində Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər