Ermənistan Naxçıvanı da atəşə tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Naxçıvanı da atəşə tutdu

13:21 - 13 / 08 / 2021
Ermənistan Naxçıvanı da atəşə tutdu

Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1news.az

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər