Azərbaycanlı yanğınsöndürənlər yaxın günlərdə Türkiyədən qayıdacaq
"Biz yaxın günlərdə Türkiyəni tərk edərək Vətənə qayıdacağıq".
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova Marmarisdəki "böhran mərkəzi"ndə keçirilən toplantının nəticəsini məruzə edib: "Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq".
471