TƏBİB: Pfizer vaksinini 2-8 dərəcə saxlamaq mümkündür | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Pfizer vaksinini 2-8 dərəcə saxlamaq mümkündür

S.Xankişiyeva16:35 - 13 / 08 / 2021
TƏBİB: Pfizer vaksinini 2-8 dərəcə saxlamaq mümkündür

“Bütün vaksinlər də dərman vasitəsidir. Sadəcə peyvəndlər bioloji dərman vasitələri qrupuna aiddir. Bu, digərlərinə nisbətən daha həssas qrupa aiddir. Çünki onun saxlanma və istifadə şəraiti fərqlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib:

“Koronavirus əleyhinə istifadə olunan vaksinlərin hamısı kliniki tədqiqatlardan keçirilib. Bu da o deməkdir ki, onların təhlükəsizliyi təsdiqlənib. Sadəcə bunlar yeni vaksin növü olduğundan araşdırılması istiqamətində işlər daim davam edir. Bu tip vaksinlərin daşınması və saxlanma qaydasına xüsusi diqqət yetirilməlidir. Vaksinlərin tələb olunan şəraitdə saxlanılması üçün də ölkədə bütün lazımi tədbirlər həyata keçirilib”.

Departament rəhbəri bildirib ki, monitorinq şöbəsi dərmanları qəbul edən zaman aktlaşdırır: “Vaksin 5 gün termokonteynerdə qala bilir. Onu boşaltmaq üçün maksimum 5 dəqiqə vaxt tələb olunur. Pfizer vaksini -70 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Araşdırmalar nəticəsində təsdiqləndi ki, Pfizer vaksinini 2-8 dərəcə selsidə 31 günə qədər saxlamaq mümkündür. Bu da işləri asanlaşdırdı”.

Paylaş:
482

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər