Müdafiə Nazirliyindən erməni yalanı ilə bağlı daha bir AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyindən erməni yalanı ilə bağlı daha bir AÇIQLAMA

13:08 - 16 / 08 / 2021
Müdafiə Nazirliyindən erməni yalanı ilə bağlı daha bir AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd etdiyimiz kimi, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir", - deyə MN-in məlumatında bildirilib.

1news.az

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər