Polis ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib – FOTO
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, polis əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu ərazisində, o cümlədən metronun "Memar Əcəmi" stansiyasının həndəvərində maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıb.
Həmin şəxslərə maskadan düzgün istifadə qaydaları haqda məlumatlar verilib.
Reyd çərçivəsində pandemiya qaydalarını pozan iki sahibkar cərimələnib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metroda, ictimai nəqliyyatda və qapalı məkanlarda maskadan istifadə məcburidir.
556