Ötən gün 21 toy məclisində monitorinq keçirilib, cərimə olunanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 21 toy məclisində monitorinq keçirilib, cərimə olunanlar var

Qafar Ağayev09:19 - 18 / 08 / 2021
Ötən gün 21 toy məclisində monitorinq keçirilib, cərimə olunanlar var

Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 64 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər