İyulda müqaviləli tibb müəssisələrinə yönləndilən xəstələrin sayı açıqlanıb
2021-ci ilin yanvar- iyul ayları ərzində ölkə üzrə 7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib.
Bu barədə 1news.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib.
Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub.
Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub.
Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.
Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.