Xəzərdə balıqlar niyə tələf olur? SƏBƏB AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə balıqlar niyə tələf olur? SƏBƏB AÇIQLANDI

11:28 - 18 / 08 / 2021
Xəzərdə balıqlar niyə tələf olur? SƏBƏB AÇIQLANDI

Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.

Bunu 1news.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib. O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.

Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.

Aytən Sakitqızı

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər