MSK sədri: Çalışmalıyıq ki, partiyalar yerlərdə tanınsın | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK sədri: Çalışmalıyıq ki, partiyalar yerlərdə tanınsın

Qafar Ağayev16:46 - 19 / 08 / 2021
MSK sədri: Çalışmalıyıq ki, partiyalar yerlərdə tanınsın

"Mərkəzi Seçki Komissiyası Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra Seçki Məcəlləsinə əsasən komissiya 125 seçki dairəsinin üzvlərini formalaşdırmalıdır" .

1news.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Sədr qeyd edib ki, Məcəlləyə əsasən siyasi partiyaların üzvlərinin nümayəndələri Dairə Seçki Komissiyalarında üstünlük təşkil etməlidir.

"Biz çalışmalıyıq partiyalar tanınsın, yerlərdə partiyaların nümayəndələri də olsun. Siyasi plüralizm demokratik inkişaf baxımdan vacib olan amildir. Biz də komissiyalarda çalışmışıq ki, bunu müdafiə edək. Hər bir MSK üzvü 375 namizəd irəli sürmək hüququna malikdir"

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər