Aşura ilə əlaqədar qanvermə aksiyası başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşura ilə əlaqədar qanvermə aksiyası başlayıb

S.Xankişiyeva09:19 - 19 / 08 / 2021
Aşura ilə əlaqədar qanvermə aksiyası başlayıb

Azərbaycanda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, aksiya Qan bankının paytaxtda və bölgələrdəki filiallarında, ümumilikdə 9 nöqtədə təşkil olunub.

Qeyd edək ki, bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 19-na təsadüf edib.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər