Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən Vətənə qayıdıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən Vətənə qayıdıb – FOTO – VİDEO

S.Xankişiyeva10:25 - 19 / 08 / 2021
Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən Vətənə qayıdıb – FOTO – VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.

Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər